Deputat: “Məcburi köçkünlər bu fərmanı çoxdan gözləyirdi”
Bizi izləyin

Nida Xəbər

Deputat: “Məcburi köçkünlər bu fərmanı çoxdan gözləyirdi”

“Bu fərman məcburi köçkünlərin həmin vəsaiti hansı istiqamətdə xərcləməsinə və ya qənaət etməsinə şərait yaradacaq".

“Azərbaycanın dövlət siyasətinin əsasını Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılması təşkil edir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığa fərmanın əhəmiyyətinə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, bununla bağlı ölkə başçısı tərəfindən çoxsaylı sərəncam və fərmanlar imzalanıb:

“Bu yaxınlarda cənab Prezident tərəfindən Azərbaycanda əmək haqqının minumum həcminin artırılması ilə əlaqədar mühüm fərman imzalanıb. Ötən gün isə cənab Prezident məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb”.

A.Badamov bildirib ki, bütün bunlar həm şəffaflığın aradan qaldırılmasına kömək edəcək və həm də vahid müavinət alan şəxslərin müstəqil şəkildə həmin vəsaiti xərcləməsinə imkan yaradacaq:

“Bu fərman məcburi köçkünlərin həmin vəsaiti hansı istiqamətdə xərcləməsinə və ya qənaət etməsinə şərait yaradacaq. Mən bu fərmanı çox mütərəqqi addım hesab edirəm. Məcburi köçkünlər bu fərmanı çoxdan bəri gözləyirdi. Mən bu fərmanı dəstəkləyirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm