Dövlət Komitəsi müsabiqə elan etdi
Bizi izləyin

Nida Xəbər

Dövlət Komitəsi müsabiqə elan etdi

Məqalə müsabiqəsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edir.

Komitədən Publika.az-a bildiriblər ki, müsabiqədə iştirak etmək üçün aprelin 30-dək məqalə və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, təhsil aldığı müəssisə) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müsabiqəyə təqdim olunacaq məqalələr Arial şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır. Məqalələr Azərbaycan və rus dillərində təqdim oluna bilər.

Müsabiqənin qalibləri mükafatlandırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm