Nida Xəbər
Azərbaycan Ordusunu döyüşə hazırlayan “Bordo Bereli” “İran qılıncı” ilə ÜZ-ÜZƏ - - FOTO/VİDEO
Türkiyə xüsusi təyinatlı qüvvələri olan “Bordo
Bereli”lərin rəhbəri general Zəkai Aksakallı ilə Suriyanın Hələb
şəhərinin Əsəd rejiminin əlinə keçməsini təmin edən İran İnqilab
Keşişçilərinin “Qüds” elit birliyini komandiri general Qasım
Süleymaninin yolları İŞİD-ə qarşı Raka əməliyyatında kəsişəcək.
Publika.az xəbər verir ki, bu barədə təhlükəsizlik üzrə
analitik Metin Gürcan deyib.
Qasım Süleymani 1979-cu ildə Mahabadda kürd etirazlarının qarşısını
alınmasında və İran-İraq müharibəsində iştirak edəndən sonra
məşhurlaşıb. Ona “İranın qılıncı” da deyirlər. Süleymani İranın
xarici əməliyyatlarına rəhbərlik edir. Suriyada Bəşər Əsədi
dəstəkləyən İran Süleymaninin rəhbərliyi altında müharibə
aparır.
Zəkai Aksakallı isə əfsanəvi “Bordo Bereli” xüsusi təyinatlı
qüvvələrin rəhbəridir. O, PKK-ya qarşı mübarizədə məşhurlaşıb.
Həmçinin, Azərbaycan ordusuna təlim keçən komandir olaraq da
tanınır. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı
qiyamçıların qarşısını alan şəxslərdən biri olub.
M.Gürcan qeyd edib ki, artıq bölgədə İranın qəhrəman kimi təqdim
etdiyi Süleymaninin güclü bir rəqibi var.
Keçmiş “bordobereli” olan Metin Gürcan qeyd edib ki, Aksakallı
da, Süleymani də millətçidir.
“Hər ikisi ABŞ-a qarşıdır və regiondakı bütün problemlərin
qaynağının Amerika olduğunu hesab edirlər. Lakin heç biri
Rusiyapərəst deyil”, - deyə o bildirib.
Asif
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA