İcma rəhbəri: “Qarabağa səfər edənlər Lapşin kimi qolu qandallı Azərbaycana gətiriləcək”
Bizi izləyin

Nida Xəbər

İcma rəhbəri: “Qarabağa səfər edənlər Lapşin kimi qolu qandallı Azərbaycana gətiriləcək”

"Dünyada heç bir ölkə, hətta işğalçı Ermənistan belə Dağlıq Qarabağın müstəqilliyini tanımır".

“Dağlıq Qarabağa qanunsuz səfər edən hər kəs Aleksandr Lapşin kimi qolu qandallı şəkildə Azərbaycana gətiriləcək”.

Bunu Publika.az-a Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Almaniyanın Ermənistandakı keçmiş səfiri Reiner Morellin Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etməsinə münasibət bildirərkən deyib.

B.Səfərov bildirib ki, dünyada heç bir ölkə, hətta işğalçı Ermənistan belə Dağlıq Qarabağın müstəqilliyini tanımır:

“Biz bütün dünya ölkələrinin vətəndaşlarına çağırış edirik ki, işğal altında olan Azərbaycan torpaqlarına rəsmi Bakının icazəsi olmadan, qeyri-qanuni şəkildə getməyin. Bədnam ermənilərin bu cür çirkin oyunlarına gedərək, işğal altında olan torpaqlarımıza, o cümlədən Qarabağa getsəniz, artıq siz Azərbaycan qanunlarını pozmuş olacaqsınız və məsuliyyətə cəlb ediləcəksiniz”.

Bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı erməni rejimi tərəfindən qondarma “referendumun” təşkil edilməsi məsələsinə də toxunan B.Səfərov qeyd edib ki, sözügedən “referendum” heç bir ölkə və ya beynəlxalq təşkilat tərəfindən tanınmır:

“Bu məsələ ilə bağlı Dağlıq Qarabağın Azərbaycan İcmasının müvafiq bəyanatı var. Həmin bəyanatda da qondarma “referendum” qətiyyətlə pislənilir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm