Sarkisyandan Qarabağ etirafı: “Biz uğursuzluğa məhkum olmuşuq”
Bizi izləyin

Nida Xəbər

Sarkisyandan Qarabağ etirafı: “Biz uğursuzluğa məhkum olmuşuq”

“Biz uğursuzluğa məhkumuq olmuşuq”

Ermənistan prezidenti Serj Sarkisyan parlament seçkiləri öncəsi maraqlı etirafla çıxış edib.

Publika.az
xəbər verir ki, Sarkisyan əhalini parlament respublikasına keçidi dəstəkləməyə çağıraraq, bunun ölkənin gələcəyi üçün lazım olduğunu bildirib.

“Bizim xarici mühitimiz mürəkkəbdir. Tez-tez fövqəladə hadisələr baş verir. Lakin bu o demək deyil ki, biz bütün bunlarla barışmalı və heç nə etmədən gözləməliyik. Mən dəfələrlə demişəm ki, Qarabağ məsələsi həll olunmayıb və biz uğursuzluğa məhkum olmuşuq. Türkiyə ilə sərhəd bağlıdır və blokada ləğv olunmayıb. Biz milli təhlükəsizliyimizə diqqət etməliyik. Hansı ki, pis idarəçilik bilavasitə milli təhlükəsizliyə və ölkənin müdafiə qabiliyyətinə təsir edir. Biz məhz buna görə konstitusiya islahatına getdik”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm