Latviya Dağlıq Qarabağda “referendumu” tanımır
Bizi izləyin

Nida Xəbər

Latviya Dağlıq Qarabağda “referendumu” tanımır

Latviya Dağlıq Qarabağda “referendumu” tanımır.

Latviya Azərbaycan ilə açıq və konstruktiv siyasi dialoqu yüksək qiymətləndirir.

Publika.az xəbər verir ki, bunu Azərtac-ın müxbirinə müsahibəsində Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs söyləyib.

Bu yaxınlarda Bakıya rəsmi səfərini şərh edən nazir bildirib ki, Azərbaycan ilə siyasi dialoqun intensivliyi prezidentlərimizin, deputatlarımızın və nazirlərimizin müntəzəm əlaqələri ilə təsdiq olunur.

Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində separatçı rejim tərəfindən “referendum” keçirməsinin qanuniliyi barədə suala cavab verərkən E.Rinkeviçs deyib: “Latviya Dağlıq Qarabağda referendumun konstitusiya və hüquqi çərçivələrini tanımır. Latviya hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında dinc vasitələrlə həll edilməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm