Roma Papasının nümayəndəsi: “Xocalıda insanlar soyqırımına məruz qalıb”
Bizi izləyin

Nida Xəbər

Roma Papasının nümayəndəsi: “Xocalıda insanlar soyqırımına məruz qalıb”

Xocalıda azərbaycanlılar üçün duamı heç vaxt əsirgəməyəcəyəm.

Roma Papasının Bakıdakı nümayəndəsi Vladimir Fekete Xocalı soyqırımının bəşəriyyətə qarşı ən böyük ədalətsizlik adlandırıb.

Qafqaz Müsəlmanları İdarəsində bu gün keçirilən “Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! “Xocalıya ədalət!”” adlı tədbirdə V.Fekete bildirib ki, Xocalıda insanlar soyqırımına məruz qalıb və o, həmişə həmin qurbanlar üçün duasını əsirgəməyəcək.

O qeyd edib ki, Xocalıda insanlığa qarşı cinayət törətməklə günah və ədalətsizlik işlədənlər cəzasız qalmayacaq: “Böyük Yaradan mütləq onların cəzasını verəcək. Mən Xocalıda törədilən soyqırımına, ədalətsizliyə məruz qalan azərbaycanlılar üçün duamı heç vaxt əsirgəməyəcəyəm”. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm