Nida Xəbər
Ziya Məmmədov daha bir vəzifəsini itirdi
Bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə
Nəqliyyat nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar
nazirliyinə birləşdirildi. Sərəncamdan sonra Ziya Məmmədov nazir
vəzifəsini itirmiş oldu.
Bundan başqa, sabiq nazir Prezidentin 18 noyabr 2015-ci il tarixli
IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində
keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında
imzaladığı sərəncamla təşkilat komitəsinin üzvləri sırasında təmsil
olunurdu.
Ziya Məmmədov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi
Oyunlarının Təşkilat Komitəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, sabiq nazir 2017-ci ildə Bakıda keçiriləcək Voleybol
üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin və
2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup
və bir 1/4 oyunu) Təşkilat Komitəsinin üzvlüyündən də
çıxarılıb.
Beləliklə, Ziya Məmmədov nazir postundan getməklə daha üç
vəzifəsini itirmiş oldu. Onu da nəzərə çatdıraq ki, Ziya Məmmədovu
həmin vəzifələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri
Ramin Quluzadə əvəzləyəcək. (unikal.org)
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı