Musa Qasımlı: "Bu, ikili standartların eybəcər nümunəsidir"
Bizi izləyin

Nida Xəbər

Musa Qasımlı: "Bu, ikili standartların eybəcər nümunəsidir"

"Onlar təcavüzkar və təcavüzə məruz qalan arasında fərqi görməlidirlər"

"Azərbaycan torpaqlarının 20%-ni işğal edən, ərazilərin boşaldılmasına dair qəbul edilən beynəlxalq sənədləri icra etməyən Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi dünya siyasətində ikili standartların eybəcər nümunəsidir".

Publika.az-ın xəbərinə görə, bu sözləri Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında söylədiyi fikirlər gerçəkliyi əks etdirir: "Bu ikili standartlar məsələnin həlli ilə məşğul olan ölkələrə qətiyyən hörmət gətirmir. Onlar təcavüzkar və təcavüzə məruz qalan arasında fərqi görməlidirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm