Ukrayna Qarabağdakı “referendum”u tanımadığını bəyan etdi
Bizi izləyin

Nida Xəbər

Ukrayna Qarabağdakı “referendum”u tanımadığını bəyan etdi

Ukrayna Qarabağdakı “referendum”u tanımadığını bəyan etdi.

Ukrayna 20 fevral 2017-ci il tarixində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilən qondarma "konstitusiya referendumu"nu tanımır və onu qeyri-legitim hesab edir.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"Referendum" Azərbaycan Respublikası Konstitusiyası və beynəlxalq hüququn pozulması deməkdir və heç bir hüquqi nəticə kəsb etmir. Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməzdir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinin şəksiz dəstəklənməsindən ibarətdir", - deyə Ukrayna XİN-in mətbuat katibi Maryana Betsanın şərhində deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm