Nida Xəbər
BMT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri gücləndirməyə çağırıdı
BMT baş katibi Antonio Quterriş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri gücləndirməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə o, Avropada münaqişələrin həll olunmasına həsr edilmiş BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
BMT baş katibin sözlərinə görə, 2008-ci ildə Gürcüstanda və 2014-cü ildə Ukraynada baş verən böhranlar göstərir ki, Avropa yeni münaqişə ocaqlarından sığortalanmayıb.
O qeyd edib ki, Avropadakı münaqişələrə aid tez-tez işlənən "dondurulmuş münaqişə" termini çaşqınlıq yaradır: "Sülh sazişləri imzalanıb həyata keçirilməyənədək zorakılğın bərpası riski qalacaq. Biz keçən ilin aprelində Cənubi Qafqazda Dağlıq Qarabağda bunun şahidi olduq”.
BMT baş katibi, həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət BMT Nizamnaməsinə uyğun olaraq sülhün qorunub saxlanması üzrə kollektiv yanaşmanı gücləndirməlidir.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA