Hərbi prokuror: "Xocalı soyqırımı ilə bağlı cinayət işində bəzi maddi sübutlar yoxa çıxıb"
Bizi izləyin

Nida Xəbər

Hərbi prokuror: "Xocalı soyqırımı ilə bağlı cinayət işində bəzi maddi sübutlar yoxa çıxıb"

İstintaq zamanı çox dəhşətli işgəncə faktları ortaya çıxıb.

"Xocalı soyqırımına görə başlanılmış cinayət işi əvvəllər dağınıq halda istintaq olunub, bəzi maddi sübutlar yoxa çıxıb".

Bunu Azərbaycanın hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O bildirib ki, əvvəllər istintaq düzgün istiqamətində aparılmayıb: "2005-ci ildən bu iş bizim icraatımızdadır. Bu məqsədlə xüsusi istintaq şöbəsi yaradılıb. İstintaq zamanı çox dəhşətli işgəncə faktları ortaya çıxıb”.

Hərbi prokurorun sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonları işğalı nəticəsində Azərbaycana dəymiş maddi ziyanla bağlı beynəlxalq ekspertlərin iştirakı ilə böyük qiymətləndirmə işləri aparılır: “Erməni işğalı nəticəsində Azərbaycana dəymiş ziyan artıq milyard yox, trilyon dollarla ölçülür”.

X. Vəliyev qeyd edib ki, ermənilər Qazaxın Bağanıs-Ayrım kəndində iki dəfə soyqırımı törədiblər: “Mən Qazaxda işləmişəm. Qazax camaatı ermənilərin qarşısında çox dəyanətlə dayanıb. Ermənilərin bizə qarşı törətdikləri qırğınlar 1988-ci ilin sonlarından deyil, XX əsrin əvvəllərindən başlayıb. XX əsrin əvvəlində xalqımıza qarşı törədilən soyqırımı cinayətlərinin miqyası daha böyük olub. Çox təəssüf ki, bizim yaddaşımız çox zəifdir. Millət artıq bu gün torpaq vermək fikrində deyil. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Gəncə şəhər prokurorluğunda işləyəndə ermənilər haqda bütün cinayət işlərini ancaq mən aparırdım”. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm