Sarkisyan Moskvaya gedir, Lavrov İrəvana – Qarabağ qapalı görüşə saxlanıldı
Bizi izləyin

Nida Xəbər

Sarkisyan Moskvaya gedir, Lavrov İrəvana – Qarabağ qapalı görüşə saxlanıldı

Qarabağ qapalı görüşə saxlanıldı

Hazırda Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfəri üçün hazırlıq gedir.

Publika.az
“RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə fikir Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moskvada keçirilən görüşü zamanı səslənib.

Sergey Lavrov bildirib ki, o, İrəvana səfər edəcək.

“Ermənistanın xarici işlər naziri məni İrəvana dəvət etdi. Mən dəvəti qəbul etdim”, - deyə o bildirib.

E.Nalbandyan isə qeyd edib ki, Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfərini Lavrovla birgə müzakirə etmək niyyətindədir: “Biz bu səfərin hazırlığı məsələlərinə xüsusi diqqət ayıracağıq”.

Qeyd edək ki, Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada Rusiya XİN-də iki ölkənin münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunmuş sərgidə iştirak ediblər.

Hər iki nazir sərgidə çıxış edib. Daha sonra, təkbətək görüşü başlayıb. Görüşdən sonra mətbuat konfransı keçiriləcək. Diqqət çəkən məqam, görüşün protokol hissəsində Dağlıq Qarabağla bağlı heç bir fikir səslənməyib. Ehtimal olunur ki, nazirlər bu məsələni qapalı görüşdə müzakirə edəcəklər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm