Makedoniyalı deputat Ermənistanın iç üzünü açdı: “İrəvanın bir çıxış yolu var”
Bizi izləyin

Nida Xəbər

Makedoniyalı deputat Ermənistanın iç üzünü açdı: “İrəvanın bir çıxış yolu var”

“İrəvanın bir çıxış yolu var”

"Dünya Ermənistanın Qarabağda və Xocalıda həyata keçirtdiyi soyqırımı siyasətinə dur deməlidir".

Publika.az xəbər verir ki, bu sözləri Makedoniya parlamentinin deputatı, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti sədri Enes İbrahim Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı təssüratlarını bölüşərkən bildirib: “XX əsrin ən böyük soyqırımından biri də Xocalıda törədilib. Bu mövzuda danışmaq dəhşətlidir və insanın gözünün qarşısında soyqırımı əks etdirən kadrlar bir anlıq canlanır. İnsanlığa sığmayan bu vəhşiliklər təəssüflər olsun ki, baş verdi. Gün gələcək bunu edənlər beynəlxalq qanun qarşısında cavab verəcəklər”.

Enes İbrahim işğalçı Ermənistanın separatçı Qarabağ rejiminin beynəlxalq hüququn subyekti kimi tanıtdırmaq siyasətinin fiaskoya uğradığını da qeyd etdi: “Azərbaycan bölgədə önəmli iqtisadi layihələrə imza atmaqla Ermənistanı oyundan kənar vəziyyətə gətirib. Bu gün Ermənistanın çıxış yolu Azərbaycanla anlaşmaya getməsidir. Əks-təqdirdə Ermənistanın siyasi-iqtisadi vəziyyəti pisləşəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm