Türkoloqlar hesabat verdi
Bizi izləyin

Nida Xəbər

Türkoloqlar hesabat verdi

Türkologiya jurnalının hesabat tədbiri keçirilib

Nəsimi adına Dilçilik İnstitutunda Türkologiya jurnalının hesabat tədbiri keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu jurnalın tarixindən söz açıb. O,bildirib ki, akademik M.Ş.Şirəliyevin təşəbbüsü və Moskva, Leninqrad şəhərlərindən olan rus türkoloqların dəstəyi ilə 1966-cı ildə Bakıda I Ümumittifaq Türkoloji Qurultayının 40 illiyinə həsr olunmuş tədbirdə məsələ gündəmə gəlib,1970-ci ildə “Sovetskaya türkologiya” jurnalı fəaliyyətə başlayıb. Jurnal təsis olunandan 1987-ci ilin iyu­lu­na kimi onun baş redaktoru görkəmli türkoloq, akad. M.Şirəliyev olub. 1987–1993-cü illər arasında jurna­lın baş redaktoru Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya EA-nın Dilçilik İnstitutu türk dilləri bölməsinin müdiri Əthəm Tenişev olub.

1992-ci ildən “Sovetskaya türkologiya” jurnalı artıq “Türkologiya” adı ilə fəaliyyətini davam etdirir.

“Türkologiya” jurnalının baş redaktoru akademik Kamal Abdulla çıxışında jurnalının hazırkı fəaliyyət istiqamətlərini diqqqətə çatdırıb.

Bildirib ki, “AMEA-nın Rəyasət Heyətinin qərarı ilə “Türkologiya jurnalı” təkcə dilçilik məsələlərini deyil, ədəbiyyat, tarix, fəlsəfə, folklor, mifologiya üzrə türkoloji araşdırmaları da işıqlandırılır. Bu qərardan sonra “Türkologiya” jurnalının redaksiya heyətinin yeni üzvləri təsdiq olunub”.

Akademik həmçinin Türkologiya jurnalının xaricdə də böyük nüfuza malik olduğunu vurğulayıb. K.Abdulla Türkologiya jurnalında Qazaxıstan, Almaniya, Özbəkistan, Polşa, Özbəkistandan daxil olan məqalələrin işıq üzü gördüyünü də nəzərə çatdırıb.

Akademik Türkologiya jurnalın nəzdində seminarların təşkili və yaxın zamanlarda jurnalın əlavələrinin çap olunması məsələləri barədə də məlumat verib.

“Biz öz qarşımıza abunə məsələsini də qoymuşuq. Jurnalın 38 abunəsi mövcuddur.Jurnal həm ölkədaxilində elm və təhsil müəssisələrinə,kitabxanlara, həm də xaricə hədiyyə kimi də göndərilir”.

Kamal Abdulla çıxışının sonunda bildirib ki, bu iclas Dilçilik İnstitutuna olan xüsusi bir münasibətin təzahürü kimi qiymətləndirilsin.

“Türkologiya” jurnalının baş redaktor müavini AMEA-nın müxbir üzvü Muxtar İmanov jurnalın fəaliyyətini yüksək qiymətləndirib.M.İmanov öncə jurnaldakı dəyişikliklərdən söz açıb. Həmçinin M.İmanov çıxışında “Türkologiya” mərkəzinin yaradılmasını uğurlu tapıntı kimi dəyərləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm