Moskvadan İrəvana “Qarabağ hədiyyəsi”: Kremlin YENİ OYUNU
Bizi izləyin

Nida Xəbər

Moskvadan İrəvana “Qarabağ hədiyyəsi”: Kremlin YENİ OYUNU

Kremlin çirkin OYUNU

Rusiya xarici işlər naziri Sergey Lavrovun dünən Moskvada Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdə Dağlıq Qarabağla bağlı açıqlaması diqqət çəkdi.

Publika.az xəbər verir ki, Lavrov “Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in Minsk qrupu formatının alternativi yoxdur” deyə bildirib.

Minsk qrupunun 20 ildən artıq dövr ərzində münaqişənin həlli ilə bağlı heç bir irəliləyiş əldə etməməsi fonunda rəsmi Bakı bu formatın səmərəsiz olduğu tezisini irəli sürür. İrəvan isə mövcud-statusun saxlanılmasına şərait yaradan bu formatı israrla dəstəkləyir. Bu baxımdan, Lavrovun Nalbandyanla görüşdə İrəvanın mövqeyinə yaxın fikirlər səsləndirməsinin səbəbləri maraqlıdır.

Son dövrlər Bakı və Moskva arasında Qarabağ məsələsi ilə bağlı narazılıqlar aydın görünür. Lavrovun 2017-ci ilin başlanğıcında səsləndirdiyi fikirlər buna sübutdur. Eyni zamanda, Dağlıq Qarabağa qanunsuz səfər edən Aleksandr Lapşinin Bakıya ekstradisiyası Moskvada ciddi narazılıqla qarşılandı və ikitərəfli münasibətlərdə müəyyən soyuqluğa səbəb oldu. Lavrovun bütün bunların fonunda İrəvana yaxın mövqe sərgiləməsi təsadüfi deyil.

Lakin Dağlıq Qarabağ münaqişəsini öz inhisarında saxlamaq üçün uzun illər mübarizə aparan Moskvanın Minsk qrupuna alternativ görməməsini rəsmi şəkildə açıqlamasına təkcə Bakı ilə yaranmış soyuqluq səbəb ola bilməz. Deməli, burada daha başqa nələrsə var.

Bu gün Rusiya vətəndaşlarının daxili pasportlarla Ermənistana gedə bilməsi haqda ikitərəfli razılaşma qüvvəyə minir. Lavrov Nalbandyanla görüşdə bunu sevinclə dilə gətirdi. Nalbandyan isə bunun ölkəsinin turizm sektorunda canlanmaya səbəb olacağını deyib.

Rusiya bu addımı ilə Avropa İttifaqında mövcud olan “Şengen” vizasının prototipini yaratmaq niyyətindədir. Təsadüfi deyil ki, Rusiya Dövlət Dumasının MDB ilə iş komitəsinin sədr müavini Konstantin Zaltuin dünən “Avrasiya İqtisadi İttifaqı ölkələri üçün vahid vətəndaşlıq yaradılsın” təklifi ilə çıxış etdi.

Avrasiya İqtisadi İttifaqı daxilində müşahidə olunan narazılıqlar fonunda Ermənistanın bu razılaşmaya imza atması Moskva tərəfindən qiymətləndirilməli idi.

Bu proseslər fonunda bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinin “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” sakinlərinin pasportlarının tanınması haqda fərman imzalaması da diqqət çəkir. Moskva istəyir ki, Ermənistan Donetsk və Luqansk pasportlarını daşıyan şəxslərin ölkəyə girişinə icazə versin. Hansı ki, Belarus rəsmi şəkildə təsdiqləməsə də, bunu edir. Minsk və Moskva arasında Rusiya vətəndaşlarının daxili pasportla Belarusa girişinə imkan verən razılaşma mövcuddur. Bu razılaşma ilə Luqansk və Donetsk sakinləri də Belarusa gedib-gələ bilir. Rusiya eyni şeyi İrəvandan da istəyir və hesab etmək olar ki, razılaşmanın qüvvəyə minməsi ilə Ermənistan buna da imza atıb.

Bu baxımdan, Nalbandyanla görüşdə Lavrovun Qarabağ açıqlaması Ermənistana hədiyyə idi.

Ukraynadakı separatçıların qəbulu, gələcəkdə Qarabağdakı separatçılarınn da Avrasiya İqtisadi İttifaqı ölkələrinə ayaq açmasına səbəb ola bilər. Hesab etmək olar ki, Rusiyanın gələcək planlarında bu da var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm