Nida Xəbər
Təxribat törətmək istəyən düşmən geri çəkilməyə məcbur edildi - - FOTO/VİDEO
Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonaya davam edən səfəri zamanı əsas diqqət Ermənistan silahlı qüvvələrinin cəbhənin bütün istiqamətlərində təxribat törətmək cəhdlərinin qarşısının qoşunlarımız tərəfindən qətiyyətlə alınması üzrə tədbirlərin görülməsinə yönəldilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, Gecə saatlarında ön xətdəki bölmələrimizi yoxlayarkən, Müdafiə Nazirliyinin rəhbərliyi düşmənin kəşfiyyat-diversiya qrupunun Talış və Gülüstan istiqamətlərində təxribat törətmək cəhdlərini müşahidə vasitələri ilə izləyib. Yerində verilən tapşırıqlar və dərhal görülən tədbirlər nəticəsində düşmən geri çəkilməyə məcbur edilib.
Talış kəndini, ətraf əraziləri nəzarətdə saxlayan mövqelərdə,
Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi istiqamətində yerləşən
bölmələrdə olan nazirliyin rəhbərliyi düşmənin ön xətt mövqelərini
müşahidə edib.
İşğaldan azad edilmiş ərazilərdə döyüş növbəsi çəkən şəxsi heyətlə
görüşən Müdafiə naziri şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini və
mənəvi-psixoloji vəziyyətini yoxlayıb, həmçinin hərbi qulluqçuların
sosial-məişət şəraiti ilə tanış olub.
Ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim etdikdən sonra nazirliyin rəhbər heyəti süfrə arxasında əsgərlərlə söhbət edib.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı