Oqtay Əsədov: “Biz daha ağlaşma, matəm üzərində köklənməyəcəyik”
Bizi izləyin

Nida Xəbər

Oqtay Əsədov: “Biz daha ağlaşma, matəm üzərində köklənməyəcəyik”

Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deputat Fəzail İbrahimlinin çıxışı zamanı səsləndirdiyi “erməni obrazı” ifadəsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, O.Əsədov Azərbaycana təcavüz edən Ermənistanın öz gücünə deyil, havadarlarının - arxasında duran qüvvələrin hesabına bunu etdiyini bildirib:

“Necə deyərlər, arxalı köpək qurd basar. Amma artıq Azərbaycan Prezident İlham Əliyevin başçılığı altında böyük gücü var və biz öz gücümüzə arxalanarıq. Ermənilər isə hələ də başqalarına arxalanır. Bax, budur əsl erməni obrazı.Biz daha ağlaşma, matəm üzərində köklənməyəcəyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm