Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərar qəbul etdi – YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərar qəbul etdi – YENİLƏNDİ

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar layihəsi müzakirə edilir.

Publika.az xəbər verir ki, iclasda Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Milli Məclisin qərar layihəsi barədə müzakirələr aparılıb.

Qeyd olunub ki, Milli Məclis bir neçə ölkələrinin parlamentlərinə Xocalı soyqırımı ilə bağlı müraciət edəcək. Qərar layihəsi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Milli Məclisin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq ediləcək.

Müvafiq dövlət və qeyri-hökumət qurumlarına, o cümlədən QHT-lərə tövsiyə edilsin ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər. Xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına müraciət edilsin ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırımı cinayəti kimi tanısınlar", - deyə, qərar layihəsində qeyd olunub. Xatırladaq ki, Ermənilərin törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 nəfər girov götürülərək amansız işgənclərə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın bu günədək taleyi məlum deyil.

İclasda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərar layihəsi qəbul olunub. Qərarı Milli Məclisin sədr müavini Bahar Muradova səsləndirib.

Qərar layihəsində deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Milli Məclisin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq edilsin.

Qərarla Milli Məclis deputatlarına bir vəzifə olaraq tapşırılacaq ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatıların tədbirlərində iştirak edərkən, son yüz ildən artıq dövrdə azərbaycanlıların məruz qaldıqları sıyqırımı aktları, Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.

Hüquq mühafizə orqanlarına tövsiyə olunur ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri davam etdirsin. Layihədə deyilir ki, müvafiq dövlət və qeyri-hökumət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilsin ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər.

“Xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına müraciət edilsin ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırımı cinayəti kimi tanısınlar", - deyə qərar layihəsində qeyd olunub.

Spiker Oqtay Əsədov isə bildirib ki, artıq ABŞ-ın Arizon şatatında da Xocalı soyqırımını pisləyən qərar qəbul edilib.

Daha sonra Milli Məclis qərar layihəsini təsdiq edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm