Argentinada Xocalı qurbanlarının xatirəsi anıldı
Bizi izləyin

Nida Xəbər

Argentinada Xocalı qurbanlarının xatirəsi anıldı

Tədbirin sonunda Xocalı soyqırımına dair ispan dilində film nümayiş etdirilib.

Fevralın 22-də Azərbaycanın Argentinadakı səfirliyində Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

Sərfirlikdən Azərtac-a verilən məlumata görə, tədbirdə Argentina Milli Konqresinin rəsmiləri, İslam Mərkəzinin əməkdaşları, akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanşünaslıq kafedrasının fəaliyyət göstərdiyi “La Plata” Dövlət Universitetinin müəllim-tələbə heyəti, “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləri və iştirakçıları, mətbuat nümayəndələri, həmçinin ictimaiyyətin digər təmsilçiləri də iştirak ediblər.

Səfir Rəşad Aslanov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və hazırkı vəziyyəti, 1992-ci il fevralın 25-26-da Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Rəşad Aslanov Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası barədə danışıb. Dünyada, xüsusən də güclü erməni diasporunun mövcud olduğu Argentinada Xocalı faciəsi, ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin mütəmadi yayılmasının zəruriliyi qeyd edib.

Daha sonra argentinalı gənclər tərəfindən “Xocalı. 10 hekayə. Bunlar həqiqət ola bilərdi” kitabından hissələr səsləndirilib.

Tədbirin sonunda Xocalı soyqırımına dair ispan dilində film nümayiş etdirilib. İştirakçılara Xocalı qətliamı ilə bağlı məlumatı əks etdirən broşürlər təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm