Səfir: “Xocalı soyqırımı dünyanın gözü qarşısında törətilmiş cinayətdir”
Bizi izləyin

Nida Xəbər

Səfir: “Xocalı soyqırımı dünyanın gözü qarşısında törətilmiş cinayətdir”

Çox təəssüf ki, beynəlxalq ictimaiyyət bu faciəni görməzdən gəlməyə çalışır.

“Azərbaycan ərazisinin 20 faizi ermənilər tərəfindən işğal edilib. Bu işğal nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün problemi yaranıb”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün Bakıda keçirilən “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimində çıxışı zamanı bildirib.

Səfir deyib ki, ermənilərin etdikləri təkcə Azərbaycana qarşı deyil, türklərə qarşı olub: “Onlar bizi zəiflətməyə çalışıblar. Xocalı faciəsini törədənlər bunu ört-bastır etməyə çalışır. Onlar bunu utanmazcasına edir. Ermənilərin törədikləri qətliamın şahidləri hələ var, onlar aramızdadır. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət bu faciəni görməzdən gəlməyə çalışır. Xocalı soyqırımı dünyanın gözü qarşısında törətilmiş cinayətdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm