Novruz Məmmədov: "Erməni tarixi soyqırımı damğasını daim daşıyacaq"
Bizi izləyin

Nida Xəbər

Novruz Məmmədov: "Erməni tarixi soyqırımı damğasını daim daşıyacaq"

Soyqırımı dinc insanlara divan tutaraq qətlə yetirmənin ən dəhşətli formasıdır.

“Soyqırımı bəşər tarixinin hansı dövründə baş verməsindən asılı olmayaraq, dinc insanlara divan tutaraq qətlə yetirmənin ən dəhşətli formasıdır”.

Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün feysbuk səhifəsində yazıb.

“Belə bir vəhşiliyi 21-ci yüzilliyin astanasında özlərini bir əsrdir soyqırımı “qurbanı” kimi təqdim etməyə cəhd göstərən ermənilərin həyata keçirməsi isə həmçinin onların faciəsidir. Bu soyqırımı damğasını erməni tarixi daim daşıyacaq”, - deyə N. Məmmədov qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm