“Məğlub oluruq” – Ermənilərdən Sarkisyana QARABAĞ TƏLƏBİ
Bizi izləyin

Nida Xəbər

“Məğlub oluruq” – Ermənilərdən Sarkisyana QARABAĞ TƏLƏBİ

Diplomatiya üzərinə düşəni etmir.

Azərbaycan Ordusunun cəbhədə erməni hərbi birləşmələrinin təxribatına verdiyi cavab Ermənistan ictimaiyyətində ciddi narahatlıq yaradıb.

Publika.az
xəbər verir ki, erməni siyasi şərhçi Musa Mikaelyan cəbhədə baş verənlərlə bağlı məqaləsində məğlubiyyət qorxusu haqda yazıb.

Erməni şərhçi Qarabağda üçüncü müharibənin başlaması təhlükəsinə diqqət çəkərək, Ermənistan hakimiyyətini zəiflikdə ittiham edib.

“Baş verənlər ötən ilin aprel müharibəsindən sonra atəşin dayandırılması ilə bağlı razılaşmanın heç bir məna kəsb etmədiyini göstərir. Əgər konkret razılaşmalar və etibar mühiti yaradılmasa, Ermənistan üçün ciddi təhlükələr baş verə bilər. Burada erməni diplomatiyasının nə edəcəyi maraqlıdır. Aprel müharibəsində məğlubiyyət təkcə cəbhədə yox, diplomatiyada da oldu. Erməni əsgərləri təhlükənin qarşısını bir az da olsa ala bildilər, erməni diplomatiyası isə heç nə bacarmadı”, - deyə o bildirib.

M.Mikaelyan yenə eyni hadisələrin olacağını vurğulayıb: “Biz yenə məğlub oluruq, çünki diplomatiya üzərinə düşəni etmir. Hadisələrin inkişafı bu nəticəni doğuracaq”.

Erməni şərhçi Qarabağla bağlı danışıqların başlanmasının vacibliyini qeyd edib.

“Yeni razılaşma prinsip etibarilə Ermənistan üçün münasib olar”, - deyə o bildirib.

“İrs” partiyasının sədr müavini Armen Martirosyan da erməni hakimiyyətini məğlubiyyətdə ittiham edib.

O, Qarabağla bağlı narahat olduqlarını, yeni məğlubiyyət gözlədiyini açıqlayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm