Nida Xəbər
"Evimizdən heç yana gedən deyilik" - CƏBHƏ KƏNDİNDƏN REPORTAJ
Cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan
silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu müxtəlif
istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstərsələr də, bunun
qarşısı qətiyyətlə alınıb. Düşmən öz uğursuzluğunu ört-basdır etmək
məqsədilə guya cəbhəyanı kəndlərdə yaşayan azərbaycanlıların
evlərini tərk etdiyi barədə dezinformasiyalar yayır.
Publika.az xəbər verir ki, APA TV-nin çəkiliş qrupu düşmən
mövqelərinə yaxın yaşayış məntəqələrindən olan Ağdam rayonunun
Qaradağlı kəndində olub. 5000 nəfər əhalisi olan kənd aprel
döyüşləri zamanı böyük zərər görüb. Azərbaycan dövləti erməni
artilleriyasının dağıtdığı evləri bərpa etdikdən sonra hamı bir
nəfər kimi öz evinə qayıdıb.
Qaradağlı icra nümayəndəsi Arzu Muradov ermənilərin son
addımlarından təəccüblənmədiklərini bildirib: "Bu bizim mənfur
qonşuların sifətidir. Dinc əhali yaşayan yerlərdə silah işlətmək
heç bir qanuna sığan iş deyil. Amma ona baxmayaraq, hər an
gözləyirik. Keçən il aprel ayında da biz onu gördük. Kəndimizdə
200-dən çox evə ziyan dəydi, yaralananlar oldu".
Qaradağlı kənd sakini Rəhbər Məmmədov ordumuza və prezidentə
güvəndiklərini vurğulayıb: ""Qaradağlı kənd sakiniyəm, hazırda da
burda yaşayıram. Ordumuza da, prezidentimizə də arxayınam. Burdan
da bir yana gedən deyilik".
Ağdam Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Zülfü
Qasımovun sözlərinə görə, rayonun bütün idarə və müəssisələri
gücləndirilmiş iş rejimində çalışır: "Son günlər qoşunların təmas
xəttində mütəmadi olaraq ermənilər tərəfindən atəşkəs pozulur və
çox ciddi gərginliklər yaranır. Əhali arasında müəyyən işlər
görmək, təbliğat aparmaq, problemlərin həll olunması üçün bütün
aparat işçiləri, rayon aktivdir. Demək olar ki, hər gün onlarla bir
yerdə oluruq, söhbətlər aparılır, onların problemləri ilə
maraqlanılır".
Hazırda cəbhə xəttində nisbi sakitlik hökm sürür.
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək