Kiyevin mərkəzində Xocalı soyqırımına dair banner yerləşdirildi - - FOTO
Bizi izləyin

Nida Xəbər

Kiyevin mərkəzində Xocalı soyqırımına dair banner yerləşdirildi - - FOTO

Etiraz aksiyası keçirilib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilib.

Etiraz aksiyasında Ukraynanın Xarkov, Dnepropetrovsk, Lvov, Nikolayev, Kiyev və digər şəhərlərində yaşayan soydaşlarımızla yanaşı türk, İran, tatar və bir sıra xalqların diaspora nümayəndələri iştirak edib. Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları, mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəklərini vurğulayıblar. Aksiyada “Rədd ol Qarabağdan“, “Terrora son qoy“, “Qarabağ bizimdir, bizim olacaq“, “Xocalı soyqırımına görə cavab verəcəksiniz” kimi şüarlar səsləndirilib. Ermənistan səfirliyinin qarşısına avtobusları toplamaqla aksiyanın keçirilməsinə maneçilik törətməyə cəhd göstərilsə də, soydaşlarımızın qətiyyəti nəticəsində düşmənin bu təxribatı baş tutmayıb.

Ukrayna mətbuatının maraqla izlədiyi aksiyada Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlı Gənclər birliyinin sədri İlhamə Allahverdiyeva, “İşıq” dini cəmiyyətin sədri Əbülfəz Qasımov və Xocalı sakini Sadiq Bilalov çıxış edərək son 2 əsrdə xarici havadarlarının gücünə söykənərək Azərbaycanda işğalçılıq və soyqırım siyasəti həyata keçirən erməni qəsbkarlarının qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməyə səsləyiblər. Aksiyada xüsusi fəallıq göstərən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları isə Ermənistan səfirliyinin qarşısında üzərinə “Xocalı soyqırımına görə cavab verəcəksiniz” yazılmış şəffaf qutuya faciə qurbanlarının adları qeyd olunmuş 613 zərf salaraq, oradan havaya Xocalı şəhidlərinin sayı qədər qara şar buraxıblar.

Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvanlanmış qətnamənin oxunuşu ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm