Nida Xəbər
Ermənilərin Xocalıda törətdiyi qəddarlıq əməlləri faşistlərin əməlləri ilə müqayisə edildi
Efiopiyanın aparıcı mətbuat orqanı olan “Addis Zemen”
dövlət qəzetində 19 fevral 1937-ci il tarixində Əddis-Əbəbədə və 26
fevral 1992-ci il Xocalıda Efiopiya və Azərbaycan xalqlarının
üzləşdiyi faciələrdən bəhs edən “Əddis-Əbəbə və Xocalıda törədilmiş
soyqırımlarının anılması” adlı məqaləsi (amhar dilində) dərc
olunub.
Trend-in məlumatına görə, məqalədə efiopiyalı jurnalist Ayenaçu
Eşetu fevral ayının həm Efiopiya, həm də Azərbaycanda qanlı
hadisələrlə tarixə düşdüyünü qeyd edərək, Əddis-Əbəbədə və Xocalıda
baş vermiş hadisələr arasında oxşar parallelərin aparılmasına nail
olur.
Məqalədə jurnalist A.Eşetu 80 il əvvəl Efiopiyada o vaxtkı faşist
italyan ordusunun komandiri, general Adolfo Qrasianiyə uğursuz
sui-qəsd cəhdindən sonra, faşistlər tərəfindən Əddis-Əbəbə
şəhərində 30 minə yaxın efiopların vəhşicəsinə öldürülməsi barədə
oxucuların diqqətinə çatdırılır.
Həmçinin məqalədə ermənilərin 26 fevral 1992-ci ildə Xocalıda
azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə məlumat
verilərək, dinc sakinlərin, o cümlədən uşaqların, qadınların və
yaşlıların xüsusi amansızlaqla qətl edilmələrinə dair həqiqətlər
haqqında bəhs edilir. Əddis-Əbəbə Universitetinin Hüquq
fakültəsinin doktoru Abera Neqavoya istinad edən jurnalist,
məqalədə ermənilərin Xocalıda həyata keçirdiyi qəddar əməlləri
faşistlərin Əddis-Əbəbədə törətdikləri əməlləri ilə bərabər tutur.
Hüquqşünas məqalədə hər iki cinayətin BMT-nin "Soyqırım cinayətinin
qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya
əsasən soyqırım kimi hesab olunduğunu vurğulayır.
Məqalədə Azərbaycan Respublikasının Efiopiyadakı Səfirliyi tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə Əddis-Əbəbədə təşkil olunmuş ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filminin təqdimatı barədə məlumat verilərək, 26 fevral tarixinin Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacağını qeyd edilir.
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...
-
Sosial10:31
Hətta xasiyyəti belə dəyişən ay - Daim içki içən şəxs Ramazanda oruc tutarsa...
-
Ekologiya09:57
Rayonlara qar yağdı, şaxta düşdü - FAKTİKİ HAVA