İstanbulda "Xocalıya Ədalət" həftəsi
Bizi izləyin

Nida Xəbər

İstanbulda "Xocalıya Ədalət" həftəsi

İstanbulda reallaşdırılan "Xocalıya Ədalət" həftəsində Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunub.

Türkiyənin İstanbul şəhərində “Xocalıya Ədalət” həftəsi keçirilib.

“Report” xəbər verir ki, tədbir “İslahatçı Gənclər” İctimai Birliyi (İGİB) tərəfindən təşkil olunub.

İGİB sədri Fərid Şahbazlının sözlərinə görə, birlik artıq 5 ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına qoşularaq İstanbulda anma tədbirləri həyata keçirir:

“Xocalıya Ədalət” həftəsinin keçirilməsində məqsəd Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri qardaş ölkə ictimaiyyətinin diqqət mərkəzinə gətirməkdir”.

F.Şahbazlı qeyd edib ki, həftəlik çərçivəsində Mərmərə, Yeni Yüzyıl, İstanbul Mədəniyyət Universitetlərində anma proqramları təşkil edilib.

İstanbulda reallaşdırılan "Xocalıya Ədalət" həftəsində Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunub. Milli Məclisin deputatları Elşən Musayev, Eldəniz Səlimov, Əməkdar artist Aybəniz Haşımova, QHT rəhbərləri Fəxrəddin Həsənzadə, Əhməd Şahidov universitetlərdə təşkil edilən konfranslarda çıxış edərək, Xocalı soyqırımının acı nəticələri və erməni vəhşiliyindən söz açıblar.

“Xocalıya Ədalət” həftəliyində Türkiyə tərəfindən Mərmərə Universitetinin prorektoru Rəcəb Bozlağan, Yeni Yüzyıl Universitetinin rektoru Yaşar Hacısalihoğlu, Mədəniyyət Universitetinin prorektoru Əhməd Cihan, NTV televiziyasının Xarici xəbərlər xidmətinin rəhbəri Əhməd Yaşiltəpə, İGİB sədrinin müşaviri İsmayıl Hakkı Şener ve digər şəxslər çıxışlar edərək, Azərbaycan xalqının kədərini bölüşdüklərini, Xocalı soyqrımına dünya səviyyəsində hüquqi və siyasi qiymət verilməsi üçün bundan sonra da dəstəklərini əsirgəməyəcəklərini qeyd ediblər.

Həftəlik çərçivəsində keçirilən tədbirlərdə Əməkdar artist Aybəniz Haşımova və “Bülbüllər” qrupunun üzvləri tərəfindən vətənpərvərlik ruhunda musiqi kompazisiyaları təqdim edilib. Tədbirlər Türkiyənin TRT Haber və NTV televiziyaları tərəfindən işıqlandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm