Avropa Parlamentinin yeni rəhbərliyinə Xocalı soyqırımı ilə bağlı müraciət
Bizi izləyin

Nida Xəbər

Avropa Parlamentinin yeni rəhbərliyinə Xocalı soyqırımı ilə bağlı müraciət

"Bu il 25-ci ili tamam olan Xocalı soyqırımı Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliamdır".

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov Avropa Parlamentinin yeni seçilmiş rəhbərliyinə Xocalı soyqırımı ilə əlaqədar müraciət ünvanlayıb.

Milli.Az-ın məlumatına görə, ingilis dilində ünvanlanan müraciətdə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında məlumat verilib. Bildirilib ki, bu il 25-ci ili tamam olan Xocalı soyqırımı Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliamdır.

F.Muradov müraciətində ərazilərimizin 20 faizinin işğal altında olduğu, bu günə qədər 10-dan çox ölkənin parlamenti və ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Xocalının insanlıq əleyhinə olan cinayət kimi tanındığı diqqətə çatdırılıb. Qeyd edilib ki, ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsində yeganə tərəf olsa da, məsələnin həlli istiqamətində ciddi irəliləyişlər olmayıb.

Müraciətin sonunda Avropa Parlametinin rəhbərliyindən Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi xahiş edilib və bildirilib ki, bu addımın atılması gələcəkdə belə cinayətlərin təkrarlanmamasına zəmin yaradacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm