Ermənistandan ETİRAF: “İrəvan yaxşı bilir ki, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq”
Bizi izləyin

Nida Xəbər

Ermənistandan ETİRAF: “İrəvan yaxşı bilir ki, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq”

Papyan Qarabağda yeni “aprel müharibəsi”nin baş verməsini də mümkün hesab edir.

“Ermənistan tərəfi anlayır ki, baş verənlər sadəcə mübarizə ilə yekunlaşmayacaq, bu münaqişə Xankəndinin üzərində bayrağın dəyişməyi ilə başa çatacaq”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Ara Papyan cəbhə xəttində baş verən gərginliyi şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi məhz buna görə son dövrlər silahlanmaya gedir.

“Ermənistanın siyasi rəhbərliyi hərbi pariteti saxlamaq haqda tez-tez danışır. Başqa çıxış yolu yoxdur. Çünki müharibə Xankəndinin üzərində bayrağın dəyişməsi ilə başa çatacaq”, - deyə o, dolayısı ilə Xankəndində Azərbaycan bayrağının dalğalanacağına işarə edib.

Papyan Qarabağda yeni “aprel müharibəsi”nin baş verməsini də mümkün hesab edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm