Ermənilər Talış kəndi istiqamətində təxribat törətdi: düşmən itki verib geri çəkildi
Bizi izləyin

Nida Xəbər

Ermənilər Talış kəndi istiqamətində təxribat törətdi: düşmən itki verib geri çəkildi

Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.

Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.

Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm