NATO-nun baş katibi: “Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”
Bizi izləyin

Nida Xəbər

NATO-nun baş katibi: “Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”

Gərginliyin qarşısını almaq vacibdir.

NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycanla Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları bərpa etməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə Y.Stoltenberq Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra bildirib.

“Gərginliyin qarşısını almaq vacibdir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”, deyə Y.Stoltenberq qeyd edib.

O həmçinin vurğulayıb ki, NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm