Nida Xəbər
Azərbaycan Ordusu Ermənistanı Qarabağda darmadağın ETDİ - VİDEOFAKTLAR
Azərbaycan Ordusu bu gün cəbhədə erməni hərbi
birləşmələrini darmadağın edib.
Publika.az xəbər verir ki, dünən axşamdan başlayaraq,
erməni hərbi birləşmələri cəbhədə təxribat hücumlar törətməyə cəhd
göstərib. Lakin ordumuz düşmən təxribatının qarşısını almaqla
yanaşı, güclü cavab zərbəsi endirib.
Müdafiə Nazirliyinin yaydığı videosənədlər düşmənin son günlər
yaydığı videoyalanları ifşa etdi.
BİRİNCİ ZƏRBƏ
Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd
rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin
mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə
gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız
tərəfindən atəşlə cavab zərbəsi endirilib.
Cavab zərbəsi nəticəsində düşmən qərargahının qarşısında
hərbi nəqliyyat vasitələri və şəxsi heyət məhv edilib.
İKİNCİ ZƏRBƏ
Erməni hərbi birləşmələri aldıqları zərbədən sonra martın 2-i gecə
saatlarında mövqelərimizə soxulmağa cəhd edib. Ordumuz heç bir itki
vermədən mövqelərimə soxulmağa cəhd göstərən düşmənin
diversiya-təxribat qrupun məhv edib.
ÜÇÜNCÜ ZƏRBƏ
Düşmənin hərbi nəqliyyat vasitəsi bir zərbə ilə məhv edildi.
Hazırda ordumuz bütün cəbhəboyu əməliyyat şəraitinə nəzarət
edir.
İTKİLƏR GİZLƏDİLİR
Ermənistan tərəfinin hərbi texnikası və canlı qüvvəsininin məhv
edildiyinə dair videosübutlar yayılsa da, İrəvan rejimi itkiləri
gizlədir. Ermənistan mediasında apardığımız monitorinqin
nəticələrinə görə, heç bir media qurumu itkilər haqda məlumat
yaymır. Yalnız bir sıra saytlar Azərbaycan Ordusunun cavab
zərbələrini əks etdirən videogörüntüləri yayımlayıb.
“1in.am” saytı isə dünən Ermənistan ordusunda müddətdən artıq
xidmət edən 1980-ci il təvəllüdlü Nver Babadjanyanın öldüyünü
açıqlayıb.
Digər media orqanları isə itkilər haqda heç bir məlumat vermir.
Ehtimallara görə, “aprel müharibəsində” məğlubiyyətin acısını
yaşayan Ermənistan hakimiyyəti bu dəfə media orqanlarına senzura
qoyur.
İrəvan hakimiyyəti itkilərini gizlətməyə çalışsa da, erməni əhalisi
təşviş içindədir.
MƏĞLUBİYYƏT
Keçmiş erməni döyüşçü Arkadi Karapetyan isə Ermənistanın
Azərbaycana məğlub olduğunu etiraf edib.
“Biz vaxtında ən dəhşətli məğlubiyyətə düçar olduq və indiyə qədər
balansı bərpa edə bilmirik. Bu gün Azərbaycan xaricə silah satır,
biz isə şəxsi ehtiyaclarımızı təmin edə bilmirik. Anlayırsınızmı
problem nədədir? Bu gün Ermənistan-Rusiya hərbi əməkdaşlığı
çərçivəsində yalnız qarajlardakı kamazlar təmir olunur. Bu
gülməlidir. Rusiya Azərbaycana silah satır, bizimlə isə kamaz təmir
edir. Bu bizi ələ salmaqdır”, - deyə o, Ermənistan ordusunun
acınacaqlı vəziyyətinə diqqət çəkib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Keçmiş döyüşçü Ermənistan ordusunun yeni müharibədə qalib gələ
bilməyəcəyini vurğulayıb: “Biz qalib sırasında olmaq üçün könüllü
dəstələr yaratmalıyıq. Mən elə bu dəqiqə könüllü güclərin
yaradılmasını istəyirəm. Çünki yeni müharibənin olması qaçılmaz
görünür və biz əvvəldən nəsə etməsək, bu müharibədə məğlub
olacağıq”.
Erməni hərbi birləşmələrinin məhv edilməsi, həmçinin, ermənilərin
etirafları ordumuzun bu gün böyük qələbə çaldığını sübut edir.
Asif
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO