Elmar Məmmədyarovun Rusiyaya səfərinin tarixi məlum oldu
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarovun Rusiyaya səfərinin tarixi məlum oldu

Sergey Lavrovla görüşdə ikitərəfli münasibətlər, həmçinin regional məsələlər müzakirə ediləcək.

Azərbaycanın Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədyarov gələn həftə Moskvaya rəsmi səfər edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda brifinqdə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, səfər 6-7 mart tarixlərində Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə reallaşacaq.

“Səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ərəfəsində olacaq”, - Zaxarova deyib.

M.Zaxarova qeyd edib ki, E.Məmmədyarov Sergey Lavrovla görüşdə ikitərəfli münasibətlər, həmçinin regional məsələləri müzakirə edəcək. Onun sözlərinə görə, E.Məmmədyarovun Rusiyada Lavrovla yanaşı, baş nazirin müavini Dmitri Roqozin və Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşü nəzərdə tutulub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm