Şəhidin əşyaları muzeyə verildi - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Şəhidin əşyaları muzeyə verildi - FOTOLAR

Hərbi geyim dəstini muzeyə təqdim edib.

Şəhid atası oğluna məxsus materialları Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edib.

AMEA-dan Publika.az-a verilən məlumata görə, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş baş leytenantı Cavid Dədəkişiyevin atası Gülbaba Dədəkişiyev Milli Azərbaycan Tarixi Muzeyində olub.

Bu mədəniyyət ocağının direktoru, Nailə Vəlixanlı ilə görüşən G.Dədəkişiyev oğluna məxsus 6 fotoşəkil və hərbi geyim dəstini muzeyə təqdim edib.

Qeyd edək ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan torpaqları uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan Vətən övladlarına məxsus materialların qorunub saxlanılması, təbliği və gələcək nəsillərə ötürülməsində mühüm missiyanı yerinə yetirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm