Nida Xəbər
Əli Həsənov: "İndi ermənilər informasiya müharibəsində arxamızca düşürlər”
"Cocuq Mərcanlı" adı qısa müddətdə artıq bütün dünyada məşhurlaşıb. Bu da Azərbaycan prezidentinin apardığı daxili və xarici siyasətin konkret nəticəsidir".
Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
O bildirib ki, bu gün bütün dünya "Cocuq Mərcanlı" adını bizim dildə tələffüz edir və əsl siyasət budur:
“Biz Cocuq Mərcanlı ilə bütün dünyaya səs saldıq. Bilirsiniz ki, bu kənd 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə işğaldan azad edilib. Ancaq orada yaşamaq mümkün deyildi. Çünki kənd ermənilərin atəş xətti altında idi. Amma Azərbaycan ordusu ötən ilin aprel döyüşləri zamanı Ləltəpə və Talış yüksəkliklərini işğaldan azad etdi, bununla da Cocuq Mərcanlıdakı təhlükə aradan qaldırıldı, insanların təhlükəsiz yaşamaq imkanı yarandı. Bu imkan yaranan kimi dərhal cənab Prezident sərəncam verdi və həmin kəndin bərpası ilə bağlı ilkin vəsait ayrıldı. İlkin olaraq, 50 ev və bir məktəbin tikilməsi üçün göstəriş verdi”.
Ə.Həsənov onu da vurğulayıb ki, işğal altında olan digər ərazilərimiz də işğaldan azad olunan kimi orada təmir-bərpa işlərinin görülməsi üçün tapşırıqlar veriləcək:
"Cocuq Mərcanlıda məktəb və 50 evin tikinti işləri aparılır. İlkin baş plan hazırdır. Cənab prezidentin tapşırığı ilə 150-200 mənzillə bağlı növbəti baş plan hazırlanır. Yəqin ki, bu say gələcəkdə daha da artacaq. Bundan başqa, kəndə yol çəkilir, ərazilər minadan təmizlənir. Prezidentin tapşırığı ilə 17 xarici media nümayəndələri və xarici ölkə səfirlərinin Cocuq Mərcanlıya səfəri təşkil edilib. Onlar cəmi 3-4 ay ərzində erməni işğalı altında olan kəndin qəsbkarlar tərəfindən necə darmadağın edildiyini gözləri ilə gördülər və dəhşətə gəldilər. Həmin media nümayəndələri Cocuq Mərcanlıda gördüklərini bütün dünyaya yaydılar. Rusiya səfiri cənab Doroxin orada çox gözəl çıxış edərək bilirdi ki, bu vaxta qədər təsəvvürümüz kağız üzərində yazılanlarla məhdudlaşırdı. İndi həqiqətən dağıntının nə olduğunu gördük. Səfirlərin əksəriyyəti orada öz mövqelərini bildirdilər və erməni faşizminin nə demək olduğunu dilə gətirdilər. Yəni əvvəl ermənilər bizi informasiya müharibəsində qabaqlayırdısa, indi arxamızca düşürlər”.
Vasif
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO