• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Bundestaqın üzvü Xocalı soyqırımı ilə bağlı bəyanat verdi

Bundestaqın üzvü Xocalı soyqırımı ilə bağlı bəyanat verdi

Almaniya Bundestaqının üzvü Mark Hauptman Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanat verib. Bəyanat “Südthüringen Kruier” qəzetində “Dağlıq Qarabağ münaqişəsinin 25 illiyi” adı ilə dərc olunub.

Bəyanatda deyilir ki, bu il erməni silahlı qüvvələri tərəfindən mülki vətəndaşlara qarşı törədilmiş dəhşətli cinayətlərdən, o cümlədən Azərbaycan ərazilərinin beynəlxalq hüquqa zidd olaraq işğalından 25 il keçir. Münaqişə nəticəsində on minlərlə insan həyatını itirib, yüz minlərlə insan evlərindən qovulub. 1994-cü ilin may ayından qüvvədə olan atəşkəs sazişinə və tərəflərin münaqişəni beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həll etməyə sadiq olduqlarını dəfələrlə bildirmələrinə baxmayaraq, sərhəd ərazilərində tez-tez silahlı toqquşmalar baş verir. Sonuncu dəfə ağır artilleriyadan da istifadə olunub. Münaqişənin müddəti və keçən il müşahidə olunmuş eskalasiyası bölgədəki təhlükəsizlik və sabitlik üçün ciddi şəkildə narahatlığa əsas verir. Münaqişənin tezliklə sülh yolu ilə həll olunması vacibdir. Bunun üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun səyləri bundan sonra da dəstəklənməlidir. Zorakı eskalasiyaların qarşısı alınmalıdır. Bu, siyasi həll üçün təxirəsalınmaz şərtdir.

Beynəlxalq hüququn normaları və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri birmənalıdır: Cənubi Qafqaz ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı münaqişənin sabit həlli yolunun əsasıdır. Bu, ilk növbədə beynəlxalq hüquqa zidd olaraq işğal edilmiş ərazilərin geri qaytarılması və öz evlərindən didərgin salınmış məcburi köçkünlərin yurdlarına qayıtmaq hüququ deməkdir.

Bəyanatda bildirilir ki, güc tətbiqinin qadağan olunması beynəlxalq münasibətlərin əsas bünövrəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda yerləşən Xocalı şəhərində baş vermiş faciənin bir daha təkrarlanmaması üçün hər şey edilməlidir.

M.Hauptman son olaraq vurğulayır ki, münaqişənin siyasi yolla həlli üçün göstərilən cəhdlər uğursuz olsa da, münaqişə ərazilərində insanların humanitar vəziyyətinin yaxşılaşdırılması və bölgənin gələcəyi naminə diplomatiya zamanın tələbi olaraq qalır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>