Rusiya və Azərbaycan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
Bizi izləyin

Nida Xəbər

Rusiya və Azərbaycan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Azərbaycanın xarici işlər naziri bu gün Moskvaya rəsmi səfər edəcək.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qaraba münaqişəsinin nizamlanmasını müzakirə edəcək.

Publika.az xəbər verir ki, bu barədə "TASS" agentliyi Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri bu gün Moskvaya rəsmi səfər edəcək. Səfər Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə, aprelin 4-də qeyd olunacaq iki ölkə arasında diplomatik əlaqlərin qurulmasının 25 illiyi ərəfəsində reallaşacaq.

İki ölkənin xarici siyasət idarələrinin başçıları ikitərəfli, regional problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını, eləcə də beynəlxalq məsələləri müzakirə edəcəklər.

"Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri qismində iki onillikdən çoxdur, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçi olaraq çıxış edir", - deyə diplomatik qurumdan xatırladılıb.

Nazirlikdən həmçinin bildirilib ki, hazırda iki ölkə arasında 80-dən çox dövlətlərarası və hökumətlərarası saziş imzalanıb.

"Ticarət-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. 2016-ci ilin yekunlarına görə, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1954,3 milyon dollar təşkil edib" – deyə Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, regionlararası əməkdaşlıq Rusiya-Azərbaycan münasibətlərinin mühüm tərkib hissələrindən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm