“Yeni Qarabağ planı”na qarşı Moskvadan GÖZLƏNİLMƏZ ADDIM - Putin regiona ORDU YERİDİR
Bizi izləyin

Nida Xəbər

“Yeni Qarabağ planı”na qarşı Moskvadan GÖZLƏNİLMƏZ ADDIM - Putin regiona ORDU YERİDİR

Regiona ordu yeridilir

Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni plan irəli sürə bilər.

Publika.az
xəbər verir ki, bu iddia ilə erməni jurnalist Naira Ayrumyan çıxış edib.

O, Ermənistan prezidenti Serj Sarkisyanın martın 8-9-da Parisə səfər edəcəyinə diqqət çəkərək, bildirib ki, Fransa münaqişənin həlli ilə bağlı yeni plan təklif edəcək. Lakin planın konkret nədən ibarət olduğu məlum deyil.

Azərbaycan Prezidenti İlham Əliyevin də martın ortalarında Fransaya rəsmi səfərinin nəzərdə tutulması Parisin münaqişə ilə bağlı hansısa təkliflərinin olması ehtimalını artırır. İstisna deyil ki, bu yeni plandan ABŞ-ın də xəbəri var. Görünür, prezident Fransua Olland münaqişə tərəfləri ilə məsələni ayrı-ayrılıqda müzakirə etmək niyyətindədirir.

Burada Rusiyanın mövqeyi maraqlıdır. Münaqişə üzərindən regiona ciddi təsir edən Moskva Qərbin həmləsinə hansı qarşılıq verə bilər?

Erməni politoloq Serqey Minasyanın açıqlamaları Rusiyanın ata biləcəyi addımlara müəyyən aydınlıq gətirir.

Belə ki, erməni politoloq Moskvanın Gümrüdəki 102-ci hərbi bazasını genişləndirmək niyyətində olduğunu deyib.

Onun sözlərinə görə, Serj Sarkisyanın martın 14-də, Fransa səfərindən bir neçə gün sonra Moskvaya edəcəyi səfər zamanı bu məsələ həll olunacaq.

“İstisna deyil ki, Rusiya 102-ci bazanı regional səviyyəyə yüksəltmək istəyir. Bunun üçün Ermənistan ərazisindəki hərbi bazaya əlavə texnika və canlı qüvvə gətirilə bilər”, - deyə o bildirib.

Əslində, bunun əksinin olacağını düşünmək çətindir, çünki Serj Sarkisyan Moskvada diktə olunanları qəbul edəcək. Xüsusilə parlament seçkiləri öncəsi erməni prezidentin Kremlin əleyhinə çıxması qeyri-mümkündür. Deməli, Dağlıq Qarabağ münaqişəsi ətrafında Qərb və Rusiyanın yeni mübarizəsinin başlandığını deyə bilərik.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm