• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

İrəvan Bakını durdurmaq üçün BAŞQA YOL SEÇDİ: şahzadəyə satılan ərazilərmiz və qızıl addımı - FOTO

İrəvan Bakını durdurmaq üçün BAŞQA YOL SEÇDİ: şahzadəyə satılan ərazilərmiz və qızıl addımı

Acınacaqlı vəziyyətdə olan, maddi çətinliyə görə əhalisi kütləvi şəkildə ölkəni tərk edən Ermənistanın İqtisadi İnkişaf Nazirliyi bu günlərdə “xoş xəbər”lə çıxış edib.

Publika.az
xəbər verir ki, nazirlik Amulsar qızıl yatağından gələn il ilk qızıl külçəsini çıxaracaqlarını açıqlayıb. Beləliklə də, Ermənistan iqtisadiyyatı dirçələcək və ölkə inkişaf edəcək.



Bu iddia ilə Ermənistan hökuməti çıxış edir və xəbəri sevinclə sosial problemlərdən əziyyət çəkən erməni əhalisinə çatdırır.

Burada xüsusi haşiyəyə çıxaraq qeyd etməliyik ki, Amulsar qızıl yatağı Azərbaycana məxsusdur. İşğal altında olan Kəlbəcər rayonunun yaxınlığında yerləşən Amulsar və Cermuk əraziləri hələ Çar Rusiyası tərəfindən ermənilərə verilib.

Ermənistan hökumətinin “sevincini” isə erməni ekoloqlar bölüşmür. Onların fikrincə, bu qızıl yatağının istismara verilməsi ölkəni gələcəkdə böyük təbii fəlakətlərlə üz-üzə qoya bilər. Həmçinin, Azərbaycanın işğal altında olan Göyçə gölünə də ciddi zərbə vurar. Ekoloqlar hökumətin təhlükəni bildiyini, yalnız bilərəkdən gizlətdiyini deyirlər.

Amulsar ərazisində qızıl 2006-cı ilə tapılıb. Bu ərazidə, həmçinin, Cermuk bölgəsinin ətrafında yerləşən Arpa və Vorotan çaylarının arasındakı vadidə təxminən 31 milyon ton qiymətli filiz və 40 min ton qızıl var. Qızılın axtarışı işini “Lydian İnternational” şirkəti öz üzərinə götürüb, layihə Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə yardımı ilə dəstəklənir. Hətta 2013-cü ildə Böyük Britaniya şahzadəsi Çarlz Ermənistana səfər etdi və məhz Amulsar yatağı ilə tanış oldu. Məlumatlara görə, Britaniya taxt-tacının tarixi Azərbaycan torpaqlarındakı qızılda payı var.



2016-cı ilin avqustunda ərazidəki qızıl çıxarılması ilə bağlı iş başlandı. Açılış mərasimində keçmiş baş nazir Ovik Abramyan iştirak edirdi və o, ağızdolusu danışdı ki, bu, Ermənistana böyük iqtisadi dividend gətirəcək.

Onun sevinci qısa oldu. Ona görə yox ki, tezliklə Sarkisyan Abramyanı istefaya göndərdi, sadəcə olaraq, ekoloqlar, həmçinin, həmin ərazidə yaşayan ermənilər yataqda kəşfiyyat işlərinin aparılmasına ciddi şəkildə etiraz etməyə başladılar.

2016-cı ilin oktyabrında İrəvanda hökumət binasının önündə Amulsarda işlərin dayandırılması tələbilə etiraz aksiyası keçirildi.

Aksiyada iştirak edən ekoloq Levon Qalstyan bildirirdi ki, qızılın çıxarılması üçün hər il təxminən 100 ton natrium sianidi istifadə olunacaq ki, bu da yerli ekologiyanın ölümünə gətirib çıxaracaq.

Ekoloqlar, həmçinin onu da qeyd edirlər ki, Amulsarla yanaşı, Cermukda da qızılın çıxarılması və aparılan axtarış işləri ərazinin mineral sularını məhv edəcək. Onlar hesab edirlər ki, on il sonra bu kurort zonası şaxtaçıların qəsəbəsinə çevriləcək.

“Bizim məlumatlarımıza görə, istismarla məşğul olan şirkət sanatoriyanın binasını kirayələyib və orada şaxtaçılar yaşayırlar. Çətin ki, bundan sonra kimsə orada dincəlməyə gedəcək”, - deyə ətraf mühitin müdafiəçisi Apres Ziqrabyan bildirib.

Cermukda yaşayan ermənilər deyirlər ki, hətta ərazidə çörək sexləri belə fəaliyyət göstərmir. Çünki sexin fəaliyyəti təbiətə zərər vura bilər. “İndi isə natrium sianidini təbiətə buraxacaqlar. Bu, hər şeyin məhv olması deməkdir”, - deyə ermənilər etiraz edirlər.

Erməni ekoloqlar qeyd edir ki, Cermuk və Amulsarda qızıl yatağında aparılan işlər Arpa, Vorotan, Keçutsk və Spandaryan çaylarını məhv edəcək. Ən böyük zərbə isə Göyçə gölünə dəyəcək. Hesablamalara görə, bu işlərdən sonra Göyçə gölü tarixin arxivinə qovuşa bilər.

Şübhə yox ki, Ermənistan işğal etdiyi bu torpaqları bir gün qaytarmaq məcburiyyətində qalacağını bildiyi üçün ərazidəki təbii sərvətlərdən maksimum yararlanmağa çalışır. Lakin bu, ümumilikdə bölgənin təbiətinə ciddi zərbənin vurulması deməkdir.


Göyçə gölü bütün Qafqazın ən böyük duzsuz su mənbəyidir. 1914 metr hündürlükdə yerləşən gölün uzunluğu 70 kilometrdir. Hələ sovet vaxtı göl məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Buna səbəbsə ötən əsrin 30-cu illərində kənd təsərrüfatının su ehtiyacını qarşılamaq üçün göldən 40-a qədər tunelin qazılması idi. 1960-cı ildə isə Göyçə gölü bataqlığa çevriləndə Xruşşov məsələyə qarışdı. Lakin göl indiyə qədər əvvəlki vəziyyətinə qayıtmayıb.

Ermənistan Milli Elmlər Akademiyasının ekologiya mərkəzinin direktoru Armen Saqatelyanın dediyi sözlər isə İrəvan hakimiyyətinin məqsədini ortaya çıxarır.

“Rəqibə hərbi güclə qalib gələ bilməyəndə, müharibənin başqa elementləri işə salınır. Misal üçün, “ekosid” adlanan vasitə. Bu vasitə ilə rəqibin həyat təminatının mərkəzləri məhv edilir. Sevan (ermənilər Göyçə gölünə belə deyirlər – red.) gölü də belə mərkəzlərdəndir”, - deyə o bildirib.

Erməni alimin dolayısı ilə etdiyi etiraf deməyə əsas verir ki, İrəvan rejiminin “qızıl ehtirası” həm də Azərbaycanın Göyçə gölünün məhvinə hesablanmış addımdır. Erməni əhalisi bunun “ekologiyaya zərbə” olduğu üçün etiraz etsə də, İrəvan rejimi geri çəkilmək niyyətində deyil.

Ermənistanın hazırkı baş naziri Karen Karapetyan fevralın sonlarında bildirdi ki, Amulsarda yatağın istismarı prosesini dayandırmaq doğru deyil, çünki bunun üçün böyük investisiyalar yatırılıb.

“Lydian İnternational” şirkətinin icraçı direktoru Hovard Stivenson isə sevinclə bildirib ki, “Ermənistan hökuməti ilə işləmək çox asandır, onlar bizim bütün təkliflərimizə açıqdırlar və operativ reaksiya verirlər”.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>