MSK sədri siyasi partiyalara çağırış etdi
Bizi izləyin

Nida Xəbər

MSK sədri siyasi partiyalara çağırış etdi

Məkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycandakı siyasi partiyalara çağırış edib.

Məkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycandakı siyasi partiyalara çağırış edib.

Publika.az-ın məlumatına görə, M.Pənahov deyib ki, partiyalar 2016-cı il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir:

“Mərkəzi Seçki Komissiyasına hesabatlar daxil olur. Son müddət aprelin 1-də başa çatır. Digər partiyalar da maliyyə hesabatlarını təqdim etməlidirlər”.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm