Nida Xəbər
Müxalifətin Mehman Hüseynov oyunu
Azərbaycanda siyasi məhbus yoxdur, bu günə qədər,
cinayət əməlinə görə həbs olunanlara “siyasi məhbus” yarlığı
vuranlar olsa da, heç kim siyasi fikirlərinə, tutduğu mövqeyə görə
barmaqlıq arxasına atılmayıb. Lakin nədənsə, özünün siyasi fiqur,
“tənqidçi” hesab edən şəxslərin konkret cinayət əməlinə görə həbs
olunması hallarında dərhal klassik “siyasi məhbus” söz-söhbəti
ortaya çıxır.
Bir neçə gün öncə konkret cinayət əməlinə görə həbs olunan bloger
Mehman Hüseynov məsələsində də köhnə vasitələr işə salındı. Bu
vasitələrin işə salanların həm daxildə, həm də xaricdə “marğa
yatan”lar olduğu bəllidir. Səbəb də sadədir: hakimiyyəti ittiham
etməyə əsas yaratmaq.
Amma sual yaranır: hər hansı vətəndaş polisə
itaətsizlik göstərirsə, onun həbsi qanuni, Mehman Hüseynov eyni
əmələ görə cəzalandırılması necə qeyri-qanuni ola bilər?
Mehman Hüseynovun həbsində konkret cinayət əməlinin olduğu
bəllidir.
Cinayət əməli: Daxili İşlər Nazirliyi (DİN) Mehman
Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması
əməlinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluq qarşısında
vəsatət qaldırıb. Məlumata görə,
bu il yanvarın 9-da saat 19.45 radələrində paytaxtın Nəsimi
rayonunun Mərdanov Qardaşları və Həzi Aslanov küçələrinin
kəsişməsində iki nəfərin ictimai qaydanı pozaraq ətrafdakı şəxslərə
açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi barədə
ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşlarına məlumat
verilib. Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri
nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə
qəsdən tabe olmayaraq, qanunsuz hərəkətlərini davam etdiriblər.
Rayon polis idarəsinə gətirilən bu şəxslərin Bakı şəhər sakinləri
Mehman Hüseynov və Əkrəm Təhməzov olmaları müəyyən edilib və
barələrində İnzibati Xətalar Məcəlləsinə əsasən tutma tətbiq
olunub. Yanvarın 10-da Ə.Təhməzov və M.Hüseynov haqqında İnzibati
Xətalar Məcəlləsinin 535.1-ci - polis işçisinin qanuni tələbinə
qəsdən tabe olmama maddəsi ilə protokol tərtib edilib və onlar
toplanmış materiallarla birlikdə məhkəməyə göndəriliblər.
Məhkəmənin qərarı ilə Ə.Təhməzov 10 gün müddətinə inzibati qaydada
həbs olunub, M.Hüseynov isə 200 manat məbləğində cərimə edilərək
sərbəst buraxılıb. Lakin M.Hüseynov mətbuat nümayəndələrinə verdiyi
açıqlamalarda polis əməkdaşları tərəfindən oğurlanması, azadlığının
qanunsuz məhdudlaşdırılması, işgəncələrə məruz qalması, o cümlədən
ona fiziki ağrı və psixi iztirab verilməsi barədə ictimaiyyəti
çaşdırmaq və polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi
daşıyan əsassız iddialar səsləndirib. Bundan sonra onun haqqında
qanunvericiliyin müvafiq maddələrinə uyğun cinayət işi qaldırılıb
və Suraxanı Rayon Məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdan
məhrum etmə cəzası verilib.
Təsəvvür edin ki, eyni əməli digər vətəndaş törədir və
qanun onun cəzalandırılmasını tələb edir. Lakin eyni əməli törədən
Mehman Hüseynov cəzalandırılmamaldır.
Bu iddia ilə çıxış edən bir sıra hüquq müdafiəçilərinin,
müxalifətdəki azsaylı qrupların, elə Mehman Hüseynovun müdafiəsinə
qalxanların da nə qədər demokrat olduqları ortaya çıxır. Nəyə görə,
başqa bir şəxs eyni əmələ görə həbs olunur və bu, konkret cinayət
əməli sayılır, sadaladığımız qruplarınsa səsi çıxmır. Lakin məsələ
Mehman Hüseynova gəldikdə, vəziyyət dəyişir və dərhal ittihamlar
irəli çıxır. Nə üçün?! Deməli, Mehman Hüseynov istədiyi şəxsi
təhqir edə, istədiyini söyə, polis orqanlarına ağır ittihamlar
səsləndirə bilər, ona toxunmaq olmaz. Axı bu gün o, cinayətinə
görə, cəzalanmasa, sabah daha başqa cinayətlərə əl atacaq və bütün
əməllərini də “hakimiyyəti tənqid” adı altında təmizə çıxaracaq.
Əgər o, bu ölkənin vətəndaşıdırsa və bu ölkənin qanunları ilə
yaşayırsa, qanunun müəyyən etdiyi cəzasını çəkməlidir. Yox, əgər
kimsə belə hesab etmirsə, o zaman hansı hüquqdan, qanundan danışmaq
olar. Burada “Mehman Hüseynov iqtidarı tənqid etdiyi üçün həbs
olunub” iddiaları həqiqətən də yersiz və şablon görünür.
“Bir sıra hüquq müdaqfiəçiləri, müxalifətdəki azsaylı
qruplar, elə Mehman Hüseynovun müdafiəsinə qalxanlar”, doğrudanmı,
iqtidarın bir blogeri, hansı ki, indiyə qədər ürəyi istəyəni deyib,
faktsız-arqumentsiz ittihamlar səsləndirən Mehman Hüseynovu özünə
“opponent” gördüyünü hesab edirsiniz?! Qanunu siyasi intriqalara
qurban verməklə yanlış yoldasınız, ən azından, “qanun-qayda”
bağıraraq, iqtidara qarşı çıxıb qazanc əldə etdiyinizi unutmayın.
Axı eyni cinayət əməlinə görə, birini cinayətkar, digərini
“Çe-Gevara” hesab etmək öz mahiyyətini ortaya qoymaq
deyilmi?!
Asif
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik