• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

“Mehriban Əliyeva Birinci vitse-prezidentliyə başlamamışdan əvvəl xalqa hesabatını verib”

“Mehriban Əliyeva Birinci vitse-prezidentliyə başlamamışdan əvvəl xalqa hesabatını verib”

“Mehriban Əliyevanın Heydər Əliyev ideyaları ilə silahlanaraq, milli mənəvi dəyərlərimizə söykənərək, peşəkarlığından, işgüzarlığından və prinsipiallığından istifadə edərək üz-üzə dayanmış iki dünyanı - Qərblə Şərqi, sivilizasiyaların, mədəniyyətlərin bir araya gətirmək istiqamətindəki səyləri dünyada olan düzənin, nizamın yaxşılaşması və harmoniyanın olması üçün çox böyük faydalı bir fəaliyyətdir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Vitse-spiker deyib ki, təkcə buna görə Mehriban Əliyevanın adını bütün dünyanın ictimai-siyasi tarixinə parlaq hərflərlə yazıb:

“Buna görə də biz sizə öz dərin təşəkkürümüzü bildiririk. Mehriban xanım Azərbaycan qadınlarının tarix boyu əldə etdiklərinin üzərinə çox böyük bir uğur gətirdi. Bu gün o ali icra hakimiyyəti orqanında yüksək bir vəzifə daşıyıcısıdır və o, bununla da Azərbaycan qadınının ölkənin ictimai-siyasi və dövlət həyatında nəyə qadir olduğunu həm göstərdi, həm də bundan sonra onun hansı faydalar verəcəyini bizə sübut edəcək. Siz burda bir vəd verdiniz ki, bundan sonra da Xəzər rayonunun seçildiyiniz dairəyə xidmət göstərəcəksiniz. Bizim də sizə bir vədimiz var ki, nəinki Xəzər rayonu, bütün dairələrdə bütün regionlarda sizin adınızla göstərilən fəaliyyətdə biz həmişə sizin yanınızda olacağıq, uğurlarınızdan sevinəcəyik, problemlərin həllinə birgə qoşulacağıq. Biz sizə arxayın olduğunuz kimi, siz də bizə arxayın olub, bizə istinad edə bilərsiniz. Əlbəttə, bütün fikirlər səsləndi, çox sözlər söyləmək olar. Qarşıda bizim xeyli vaxtımız var. Dünən MSK sizin fəaliyyətinizə xitam verdi. Bu gün də siz burda bizim qarşımızda o xitamı verdiniz. Amma xalqa, dövlətə, millətə xidmət missiyası davam edir. Mən sizə bu missiyanızın yerinə yetirilməsində uğurlar arzulayıram, qoy bu çətin, eyni zamanda, şərəfli işinizdə sizi daim uğur gözləsin, uğur izləsin, yolunuz hər zaman açıq olsun. Təbrik edirəm!”.

B.Muradova qeyd edib ki, bu gün bütün deputatlar tarixi bir anın həm şahidi, həm də iştirakçısıdır:

“Azərbaycan dövləti, Azərbaycan parlamenti yarandığı və fəaliyyət göstərdiyi bu müddət ərzində hər gün yeni-yeni hadisələri, yeni-yeni tarixi miqyası və əhəmiyyəti yüksək olan proseslərin içərisində olub və bir çox yeni ənənələr, yeni adətlər, yeni layihələrə imza atıb. Bu gün də hesab edirəm ki, Azərbaycan parlamentinin tarixində yeni bir ənənənin bünövrəsi qoyulur. Bir neçə gün bundan qabaq Mehriban xanım seçildiyi dairədə öz seçiciləri qarşısında oldu, onlarla görüşdü. Bu gün də Milli Məclisin qarşısında bir millət vəkili olaraq hesabatla çıxış etdi”.

B.Muradova vurğulayıb ki, Mehriban Əliyeva Birinci vitse-prezident səlahiyyətinə başlamamışdan əvvəl millət vəkili kimi həm xalqa, həm dövlətə, həm də Milli Məclisə hesabatını verib.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>