• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

MTN işi: ittiham aktı elan olunmağa başladı - YENİLƏNDİ

MTN işi: ittiham aktı elan olunmağa başladı - YENİLƏNDİ

Günün ikinci yarısında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakim Həbib Həsənovun sədrlik etdiyi prosesdə prokuror təqsirləndirilən Zaur Məmmədovla bağlı hissədə ittiham aktını elan edib. Zaur Məmmədov özünü təqsirli bilməyib.

Proses martın 9-da prokurorun çıxışı ilə davam edəcək.

***

14:42

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə prokuror ittiham aktının elanını davam etdirib.


Prokuror ittiham aktının təqsirləndirilən Natiq Alıyevlə bağlı hissəsini elan edib. Natiq Alıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Daha sonra digər təqsirləndirilən Zaur Məmmədovla bağlı hissədə ittiham aktı oxunmağa başlanılıb. Prosesdə günorta fasiləsi elan edilib. Fasilədın sonra prokuror Zaur Məmmədovla bağlı hissədə ittiham aktını elanını davam etdirəcək.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>