Nida Xəbər
Ermənistanda sosial etirazlar güclənir
Ermənistan, hər an partlayacaq bombanı xatırladır. Ölkə əhalisi iş tapa bilmir, çətin şərtlər altında həyatlarına davam edirlər. Bu da sosial etirazları gücləndirir.
Publika.az xəbər verir ki, hazırda Ermənistanda yaşayan minlərlə insan iş tapa bilmir, çətin şərtlər altında həyatlarına davam edirlər. Ən böyük problem isə sosial təminatla bağlıdır. Belə insanlar dövlətdən heç bir yardım və güzəşt əldə edə bilmirlər. Əksinə, addımbaşı maneə və çətinliklərlə qarşılaşırlar.
Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bütün bunlarda hökuməti günahlandırır. O, “Joxovurd” qəzetinə müsahibəsində bildirib ki, S.Sarkisyan indiyədək hakimiyyətdəki yerini möhkəmləndirməkdən başqa heç nə etməyib. Doqquz ildə bu klan Ermənistanı səfillərin ölkəsinə çevirib. Ölkədə heç bir irimiqyaslı layihə həyata keçirilmir. İnsanların yaşayış səviyyəsi həddindən artıq ağırdır. Artıq Ermənistanın dövlət borcu 5,2 milyard dollar təşkil edir. Xarici borc isə 8 milyard dollardır. Durmadan artan bu rəqəm Ermənistanı iqtisadi kollapsa gətirib çıxaracaq. Sabıq nazirin sözlərinə görə, bununla Ermənistan nəinki pis, hətta borc içində yaşayır.
Son 10 il ərzində ölkədə yoxsulluğun göstəricisi rəsmi olaraq 23 faizdən 30 faizə yüksəlib. Q.Baqratyanın şəxsi məlumatlarına görə isə, əslində yoxsulluğun real səviyyəsi 38 faiz təşkil edir. (Azərtac)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!