ABŞ-dan İrəvana ÇAĞIRIŞ: “Qarabağı qaytarın, yoxsa...”
Bizi izləyin

Nida Xəbər

ABŞ-dan İrəvana ÇAĞIRIŞ: “Qarabağı qaytarın, yoxsa...”

“Status-kvonun saxlanılması həqiqətdə sülhə aparmır”.

“Status-kvonun saxlanılması həqiqətdə sülhə aparmır”.

Publika.az
xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qeyri-stabildir və müharibə təhlükəsini artırır: “Lakin status-kvonun dəyişməsi regionda sülhü bərqərar edəcək, həmçinin, Ermənistana yeni imkanlar verəcək, iqtisadi artıma səbəb olacaq”.

C.Uorlik qeyd edib ki, mnaqişənin nizama salınması çox amillərdən ibarətdir: “Lakin bunlara bütöv yanaşmaq lazımdır. Hər iki ölkənin prezidenti xalqları sülhə hazırlamalıdır. Bunu anlamaq lazımdır ki, Dağlıq Qarabağın status məsələsini müzakirə etməklə yanaşı, ərazilərin Azərbaycana qaytarılması da müzakirə olunmalıdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm