• USD 1,7000 0,00% EUR 2,0024 +0,14%
    • GBP 2,2777 -0,69% RUB 0,0287 0,00%

“Öz nəslindən üç şəxsi diri-diri doğrayıblar” – Türkləri düşmən adlandıran akademikə SƏRT CAVAB

“Öz nəslindən üç şəxsi diri-diri doğrayıblar” – Türkləri düşmən adlandıran akademikə SƏRT CAVAB

“Bu adam özünə elm adamı deyir, amma heç bir fakta əsaslanmadan fikir söyləyir. Deyir, ermənilər, ruslar belə bizə türklər qədər pislik etməyib. İnsan bu qədərmi yaddaşsız olar? İftiranın bu dərəcəsi yoxdur”.

Bu barədə Publika.az-a açıqlamasında Azər-Türk Qadınlar Birliyini sədri Tənzilə Rüstəmxanlı fizika-riyaziyyat elmləri doktoru, akademik Çingiz Qacarın türklər haqda dediyi fikirləri şərh edərkən bildirib.

T.Rüstəmxanlı qeyd edib ki, Ç.Qacar özünə akademik deyir, amma yazdığı 15 cümlənin hamısı qüsurludur: “Onun dedikləri heç bir fakta söykənmir. Ortaya sual çıxır: Qubadakı toplu məzarlığı türklər törədib, yoxsa ermənilərlə ruslar? Ulu öndər Heydər Əliyev 31 mart tarixini soyqırımı günü elan edib. Bu soyqırımları türklər həyata keçirib, yoxsa ermənilərlə ruslar? Azərbaycan türklərini Sibirə sürgün edən, 37-ci il repressiyalarını törədən türklər idi, yoxsa ruslarla ermənilər? 20 Yanvar faciəsini törədən kimlər idi? Qarabağı ermənilərlə ruslar işğal etməyibmi? Xocalı soyqırımını ermənilər həyata keçirməyibmi? Bu adam deyir ki, ermənilərlə ruslar belə türklər qədər bizə zərbə vurmayıb.
Özünün Qacar nəslindən olduğunu deyir. Elə onun öz nəslindən üç önəmli şəxsi ermənilər güllələrinə qıymayıb, diri-diri doğrayıblar. Bu məsələni Sabir bəy (həyat yoldaşı-red) daha yaxşı bilir və bununla bağlı geniş cavab yazısı yayımlayıb. Yəni deməyim odur ki, insan bu qədərmi yaddaşsız olar?”.

T.Rüstəmxanlı əlavə edib ki, Azərbaycanda milli münaqişə yoxdur.

“Ləzgi qürurla özünə ləzgiyəm, talış talışam, kürd kürdəm, rus rusam deyir. Bu onların milli kimliyidir. Bu ölkədə millətinə görə heç kimi nə seçiblər, nə də ayırıblar. Münaqişə düşənə qədər ermənilər Bakıda ən gözəl yerlərdə yaşayıblar, ən yüksək dövlət strukturlarında işləyiblər. Qonşularımız ermənilər idi. Halbuki, XX əsrin əvvəllərində bizə qarşı soyqırımlar həyata keçirmişdilər. Biz bu acılarımıza damğa basıb onlarla bir yerdə yaşadıq. Bu dövləti quran, üçrəngli bayrağı qaldıran, müstəqilliyimizi qazandıran türksoylu toplum olub. Kimsə “biz azərbaycanlıyıq” deyirsə, bu, onun öz işidir. Məgər, azərbaycançılıq ideyasına kimsə qarşı çıxırmı? Məgər, bizlər bu ideya üçün döyüşmürükmü? Amma türksoylu olduğumuzu heç kim dana bilməz. Heç kim milli duyğularımıza tüpürə bilməz. O, akademik heç olmasa, öz keçmişini öyrənsin. Osmanlı tarixini bilmir, amma danışır. 500 il öncəki tarixdən danışınca, indi ruslarla ermənilərin bizə qarşı etdiklərindən danış”, - deyə o bildirib.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>