Ərdoğandan Qarabağ AÇIQLAMASI: "Dağlıq Qarabağ münaqişəsinin həlli təcili..."
Bizi izləyin

Nida Xəbər

Ərdoğandan Qarabağ AÇIQLAMASI: "Dağlıq Qarabağ münaqişəsinin həlli təcili..."

"Hərtərəfli müzakirələrin tezliklə başlaması zəruridir".

"Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir".

Publika.az-ın APA-ya istinadən xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.

R. T. Ərdoğan münaqişənin həlli üzrə hərtərəfli müzakirələrin tezliklə başlamasını zəruri hesab etdiklərini bildirib:

"ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin həllində qabaqcıl rol oynaya biləcəyinə inanırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm