Nida Xəbər
"Parlament diplomatiyası Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər"
Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin müxtəlif istiqamətləri, o cümlədən Fransız şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyəti, habelə enerji, nəqliyyat, humanitar, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
E.Məmmədyarov Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayələrdən, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyəti, ölkəmizdə açılan fransız litseyi və Azərbaycan-Fransız universitetindən (UFAZ) söz açıb və Azərbaycanın Beynəlxalq Frankafoniya təşkilatı ilə əməkdaşlıq məsələlərinə toxunub.
Nazir yüksək səviyyədə həyata keçirilən səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirib.
A.Reyşar səfərlərinin məqsədinin Azərbaycan-Fransa münasibətləri haqqında daha geniş bilgiyə malik olmaq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi barədə məlumatlanmaq olduğunu bildirib. O, həmçinin parlament diplomatiyasının Ermənistan-Azərbaycan münaqişəsinin həllinə müsbət təsir edə biləcəyini qeyd edib və təmasların artırılmasının əhəmiyyətindən danışıb.
E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, ölkəmizin münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ədalətə əsaslanan mövqeyi barədə məlumat verib. O, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qayıtmalı olduğunu bəyan edib. Nazir münaqişənin həlli prosesinin hər kəsə aydın olduğunu və bu xüsusda irəliyə doğru addım atmaq üçün Ermənistanın siyasi iradə nümayiş etdirməli olduğunu vurğulayıb.
Görüş əsnasında E.Məmmədyarov fransalı senatorların regional, ikitərəfli məsələlər, habelə ATƏT-in Minsk Qrupunun fəaliyyəti bağlı suallarını cavablandırıb.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK