Amerikalı həmsədr: “Danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır”
Bizi izləyin

Nida Xəbər

Amerikalı həmsədr: “Danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır”

25 il ərzində diplomatik fəaliyyət faciəvi hadisələrin qarşısını alıb.

“Danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır”.

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland həmsədrlərin Bakıda keçirdikləri mətbuat konfransında deyib. O bildirib ki, 2016-cı ilin aprel hadisələrinin birinci ildönümü cəbhədə yox, danışıqlar masasında qeyd olunmalıdır: "Biz hazırda fəaliyyətimizi yüksək səviyyəli görüşün reallaşdırılması istiqamətində cəmləşdirmişik".

Diplomat xatırladıb ki, uzun illər ərzində Azərbaycan və Ermənistan prezidentləri görüşlər keçiriblər və yenə belə görüşlər təşkil olunmalıdır. O əlavə edib ki, hər üç həmsədr münaqişənin hərbi yolla həllinin mümkün olmadığını düşünür.

R.Hoqlandın fikrincə, 25 il ərzində diplomatik fəaliyyət faciəvi hadisələrin qarşısını alıb: "25 il ərzində danışıqlar nəticəsiz qalsa da, diplomatik fəaliyyətin məqsədi həll üçün müəyyən şəraitin yaradılmasıdır. Hər 3 ölkə höküməti və həmsədrlər münaqişə tərəfləri siyasi iradə ortaya qoyanadək səylərini davam etdirəcək". (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm