Şəhid hərbçi Tovuzda torpağa tapşırıldı (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Şəhid hərbçi Tovuzda torpağa tapşırıldı (YENİLƏNDİ)

Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuz rayonunda dəfn edilib.

Publika.az APA-ya istinadən xəbər verir ki, martın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində şəhid olan əsgər Abbasov Həsənəli Çingiz oğlu bu gün doğulduğu Tovuz rayonu Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı və RİH Aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

Şəhid Yuxarı Öysüzlü kənd qəbirstanblığında torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.

***

Martın 11-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz, əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm